Azərbaycan Kuboku: 1/4 final mərhələsinə start verilir

Bu gün Azərbaycan Kubokunun 1/4 final mərhələsi başlayır.

Sport-Az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq. Saat 16:00-da “Kəpəz” doğma meydanda “Neftçi”ni qəbul edəcək, saat 18:30-da isə “Sabah” – “Sumqayıt” matçı oynanılacaq.

Digər iki 1/4 final oyunu 6 fevralda baş tutacaq. “Araz-Naxçıvan” “Zirə” ilə, “Səbail” isə “Qarabağ”la qarşılaşacaq.

Cavab görüşləri 27 və 28 fevral tarixlərində keçiriləcək.

5 fevral – Azərbaycan Kuboku – 1/4 final

16:00“Kəpəz” – “Neftçi” (Tovuz Şəhər Stadionu)
18:30“Sabah” – “Sumqayıt” (Bakı, “Bank Respublika Arena”)

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni