Azərbaycanın altı qrossmeysteri gənc şahmatçılara ustad dərsləri keçib

Azərbaycan Şahmat Federasiyasının təşkil etdiyi “Çempionlarla bir ay” layihəsi çərçivəsində gənc şahmatçılar üçün xüsusi təlimlər keçirilib. Oktyabr ayı ərzində 14, 16 və 18 yaş kateqoriyalarında çıxış edən perspektivli idmançılar tanınmış qrossmeysterlərin təcrübəsindən yararlanıblar.

Layihə çərçivəsində altı qrossmeysterin iştirakı ilə ümumilikdə yeddi ustad dərsi təşkil olunub. Təlimlərin əsas məqsədi gənclərin şahmat biliklərini və praktiki oyun bacarıqlarını inkişaf etdirmək olub.

Tanınmış qrossmeysterlər təcrübələrini bölüşüblər

Ustad dərslərində Avropa çempionları Rauf Məmmədov, Eltac Səfərli və Şəhriyar Məmmədyarov, Azərbaycan çempionu Məhəmməd Muradlı, Dünya Kubokunun qalibi Teymur Rəcəbov və Aydın Süleymanlı iştirak ediblər.

Gənc şahmatçılar təlimlər zamanı debüt variantlarının seçilməsi, mövqelərin düzgün qiymətləndirilməsi, mərkəz uğrunda mübarizə və qərarvermə prosesində dəqiq hesablama üsulları barədə biliklərini artırıblar.

Məşğələlərdə müxtəlif şahmat partiyaları təhlil olunub, iştirakçıların sualları cavablandırılıb və oyun zamanı qarşılaşdıqları vəziyyətlər müzakirə edilib.

Azərbaycan Şahmat Federasiyasının “Çempionlarla bir ay” layihəsi noyabr ayında da davam etdiriləcək.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni