Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Araz-Naxçıvan” öz meydanında “Zirə”ni məğlub edib.
Sport-Az xəbər verir ki, görüş 1:0 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb. Yeganə qolu 61-ci dəqiqədə Bernardo Oliveyra penaltidən vurub.
Bu gün 1/4 final mərhələsinin ilk oyunları yekunlaşacaq. “Səbail” – “Qarabağ” oyunu saat 18:30-da start götürəcək.



