“Turan Tovuz” yenidən adını dəyişir – klubun yeni bazası hazırdır

Azərbaycanın aparıcı futbol klublarından biri olan “Turan Tovuz” yenidən tarixi adına qayıdır. Klubun yeni sponsorunun təşəbbüsü ilə həyata keçirilən təmir-bərpa işləri başa çatıb və komanda “Turan” adı altında çıxış edəcək.

Bu barədə klubun mətbuat katibi Süleyman Tağızadə məlumat verib.

“Yeni sponsorumuz klubun bazasında yenidənqurma işlərini başa çatdırdı. Rəhbərliyin qərarı ilə komandanın adı yenidən “Turan” olacaq və bu ad artıq bazanın üzərində də qeyd olunub. Daha əvvəl klub “Turan” adlanırdı, lakin müəyyən səbəblərə görə “Turan Tovuz” kimi dəyişdirilmişdi. Yaxın günlərdə yeni bazanın rəsmi açılış mərasimi keçiriləcək”, – deyə o bildirib.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni