Azərbaycanlı 18 yaşlı atlet ölkə rekordunu yenilədi

Azərbaycan atletı İskəndər Əsgərov Sofiyada keçirilən U-20 Balkan Gənclər Çempionatında 800 metr məsafəyə qaçışda yeni ölkə rekorduna imza atıb.

Sport-Az xəbər verir ki, Azərbaycan Atletika Federasiyasının mətbuat xidmətinin məlumatına görə, gənc idmançı 8 fevral tarixində keçirilən yarışda 800 metr məsafəni 1 dəqiqə 59.72 saniyəyə qət edərək, U-18 yaş kateqoriyasında Azərbaycan rekordunu yeniləyib.

Federasiya bildirib ki, rekordun təsdiqlənməsi üçün rəsmi prosedurlar davam edir.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni