More

    Azərbaycan Premyer Liqası: “Neftçi” səfərdə “Zirə”ni məğlub etdi

    Azərbaycan Premyer Liqasının XXII turunda “Zirə” öz meydanında “Neftçi”ni qəbul etdi.

    Sport-Az-ın məlumatına görə, Zirə İdman Kompleksində baş tutan oyun qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

    Matçın ilk qolu 88-ci dəqiqədə “Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudovun zərbəsi ilə vurulub. Lakin meydan sahiblərinin müdafiəçisi Ruan Renatonun 90+1-ci dəqiqədə vurduğu qol nəticəni bərabərləşdirib. Oyun başa çatmaq üzrə olarkən, 90+3-cü dəqiqədə “Neftçi”nin futbolçusu Ervin Koffi qələbə qolunu vuraraq, komandasına üç xal qazandırıb.

    Bu nəticədən sonra “Zirə” 39 xalla turnir cədvəlində üçüncü pillədə yer alıb. “Neftçi” isə 24 xala yüksələrək altıncı sıraya qalxıb.

    Qeyd edək ki, turun əvvəlki oyunlarında “Şamaxı” evdə “Sumqayıt”ı 1:0, “Sabah” isə “Turan Tovuz”u 2:1 hesabı ilə məğlub edib. “Araz-Naxçıvan” və “Kəpəz” arasındakı matç isə heç-heçə ilə başa çatıb.

    Turun son oyunu 11 fevral tarixində “Qarabağ” və “Səbail” arasında keçiriləcək.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni