More

    Azərbaycan Misli Premyer Liqası: “Qarabağ” “Səbail”i darmadağın etdi

    Azərbaycan Misli Premyer Liqasının XXII turunun son oyununda “Qarabağ” doğma meydanda “Səbail”i qəbul edib. Sport-Az-ın məlumatına görə, oyun Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilib və Ağdam təmsilçisinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

    “Qarabağ”ın qollarını Yassin Benzia (76), Leandro Andrade (80, 85), Kadi Borges (88) və Nəriman Axundzadə (90+3) vurub. Bu nəticədən sonra “Qarabağ” 53 xalla turnir cədvəlinin lideri olaraq mövqeyini möhkəmlədib. “Səbail” isə 16 xalla sonuncu – 10-cu yerdə qərarlaşıb.

    Turun digər oyunlarında “Şamaxı” doğma meydanda “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub edib, “Sabah” “Turan Tovuz”u 2:1, “Neftçi” isə səfərdə “Zirə”ni 2:1 hesabı ilə məğlub edib. “Araz-Naxçıvan” – “Kəpəz” qarşılaşmasında isə qalib müəyyənləşməyib.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni