Bakıda start götürən “AGF Trophy” beynəlxalq bədii gimnastika turnirində 16 ölkədən gəlmiş idmançılar mübarizə aparır. Turnirin ilk günündə gənc gimnastların çıxışları ilə yadda qalan yarışda Azərbaycan təmsilçiləri uğurlu nəticə əldə ediblər.
Seçmə mərhələnin nəticələrinə əsasən, azərbaycanlı gimnastlardan dördü finala vəsiqə qazanıb. Şəms Ağagüseynova və Aylə İbrahimova topla çıxışlar üzrə finalda yarışacaqlar. Azadə Atakişiyeva və Nur Sadıxova isə halqa ilə hərəkətlərdə finalda mübarizə aparacaqlar.
Yarışın davamında böyüklər kateqoriyasındakı gimnastlar halqa və topla çıxış edəcək. Bundan əlavə, qrup hərəkətləri üzrə komandalar beş halqadan ibarət kompozisiya ilə çoxnövçülük proqramında çıxış edəcəklər.



