Avropa çempionatında Azərbaycan akrobatları finala yüksəlib

Lüksemburqda keçirilən Avropa akrobatika çempionatında Azərbaycan təmsilçiləri uğurlu nəticə göstəriblər.

Sport-az.com xəbər verir ki, gənclər arasında keçirilən yarışda ölkəmizi təmsil edən qadınlar qrupu — Diana Məmmədova, Firuzə Qasımzadə və Safiyə Babayeva — temp hərəkəti üzrə təsnifat mərhələsində beşinci yeri tutaraq finala vəsiqə qazanıblar.

Digər qadın üçlüyümüz — Aylin Məmmədova, Jasmin Əliyeva və Ayan Hacılı — isə temp hərəkəti üzrə altıncı pillədə qərarlaşıb. Lakin qaydalara əsasən, bir ölkədən yalnız bir qrup finalda iştirak edə bildiyi üçün bu üçlük yarışın son mərhələsində iştirak etməyəcək.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni