More

    Lala Kramarenkoya neytral status verilmədi

    Rusiyalı bədii gimnast, ölkə çempionu Lala Kramarenko Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən neytral status almaq istəyinə rədd cavabı alıb.

    Sport-Az.comun RIA Novostiyə istinadən yaydığı məlumata görə, FIG bu qərarı bir sıra səbəblərlə əsaslandırıb. Belə ki, idmançının 23 fevral – Vətən Müdafiəçiləri Gününə həsr olunmuş qala-konsertdə iştirakı, onun üzvü olduğu “MGFSO” idman klubunun sosial şəbəkələrdə xüsusi hərbi əməliyyata dəstək nümayiş etdirməsi və məşhur məşqçi İrina Vinerlə çəkdirdiyi ortaq foto bu qərarın əsas səbəbləri kimi göstərilib.

    Bununla razılaşmayan Kramarenko bu qərarın ləğvi üçün İsveçrənin Lozanna şəhərində yerləşən İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edib.

    Qeyd edək ki, Lala Kramarenkonun atası, keçmiş futbolçu Dmitri Kramarenko Azərbaycan millisinin sabiq qapıçısı olub.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni