More

    Avropa Liqasının finalına kim çıxacaq: MelBet-in anonsu və proqnozu

    Turnirin finalçılarını müəyyən edəcək qarşılaşmalara dair MelBet baxışını diqqətinizə təqdim edirik.

    Atletik – Mançester Yunayted

    Mançester Yunayted Avropa Liqasındakı qələbə sayəsində Çempionlar Liqasına vəsiqə qazanmaq ümidi ilə yaşayır. Ruben Amorim də gizlətmir ki, bütün gücünü avrokuboklara yönəldəcək və APL-də gənclərə şans verə bilər. 1/4 finalda «Qırmızı şeytanlar» Liona qarşı oynadı: Fransadakı 2:2-lik heç-heçədən sonra Mançester Yunayted öz meydanında iki top fərqi ilə irəli keçdi, rəqibin bərabərlik qazanmasına imkan verdi, ardından isə say üstünlüyünə baxmayaraq daha iki qol buraxdı. Elə bil hər şey bitmişdi, amma möcüzələrin yeri “Old Trafford” deyilmi? Ruben Amorimin komandası əlavə vaxtın son 10 dəqiqəsində üç qol vuraraq 5:4 hesabı ilə qalib gəldi. Braziliyalı Kazemiro xüsusi rol oynadı – o, penalti qazandı və iki məhsuldar ötürmə etdi. Matç başa çatdı, və azarkeşləri maraqlandıran sual budur: bu cür emosiyaları yenidən necə yaşamaq olar? Cavabımız sadədir: MelBet casino-ya daxil olun!

    Atletik Avropanın ən nüfuzlu klub turnirinə çempionat vasitəsilə vəsiqə qazanmaq üçün yaxşı şansa malikdir və buna görə də rəqib qədər təzyiq altında olmayacaq. Ötən mövsüm Ernesto Valverdenin komandası Barselona və Atletikonu turnirdən kənarlaşdıraraq İspaniya Kubokunun qalibi olmuşdu, buna görə də baskların Mançester Yunayteddən çəkinməsi üçün bir səbəb yoxdur. Atletikin son uğurlarında Oyan Sanset və Niko Uilyamsın böyük rolu var – onlar bu mövsüm 38 məhsuldar hərəkətlə yadda qalıblar. Böyük ehtimalla, yayda hər iki futbolçu daha səviyyəli klublara keçəcək və avrokuboklardakı uğurlu çıxış klub üçün onları daha baha qiymətə satmaq fürsətidir.

    2012-ci ildə Mançester Yunayted və Atletik artıq Avropa Liqası çərçivəsində üz-üzə gəlmişdilər. Həmin vaxt basklar hər iki oyunda qalib gələrək turnirin finalına qədər irəliləmişdilər. Görəsən, bu uğuru təkrarlaya biləcəklərmi?

    Tottenhem – Bude-Glimt

    Tottenhem Avropa Liqasında qələbə ilə mövsümü xilas etməyə çalışan daha bir ingilis komandasıdır – «Şporlar»ın azarkeşlərinin artıq bir nəsli titul nə olduğunu bilmir. Digər tərəfdən, londonluların xeyrinə danışan bir statistika var: Ange Postekoqlu rəhbərlik etdiyi hər komandada ikinci mövsümündə mütləq kubok qazanıb. 1/4 finalda Tottenhem böyük çətinliklə Ayntarxt Frankfurta qalib gəldi və Bude-Glimt-də qarşıdakı oyunun da asan keçəcəyini gözləmir. Norveç təmsilçisi yarımfinala gedən yolda Latsio və Olimpiakosu məğlub edib, qrup mərhələsində isə Portunu da üstələyib.

    Bu mövsüm Bude-Glimt avrokuboklarda keçirdiyi 10 ev oyunundan 9-da qalib gəlib. Norveç təmsilçisinin kiçik üstünlüklərindən biri də süni örtüklü meydançadır – bu, təbii ot örtüyünə alışmış rəqiblər üçün əlavə çətinlik yaradır. Eyni zamanda, Superlaget-in yalnız fiziki gücə əsaslanan primitiv futbol oynadığını düşünmək də səhv olar. Bu, müasir futbola uyğunlaşmış bir komandadır: onlar əla pressinq edir, yüksək müdafiə xətti ilə oynaya bilir və təhlükəli əks-hücumlar qurmaq bacarığına malikdirlər.

    Bizim proqnozumuz

    Mançester Yunayted tədricən oyun ritmini tapır, lakin Ruben Amorimin heyətində bir çox zədəli futbolçu var. Buna görə də, balanslı heyətə və stabil nəticələrə malik olan Atletikə üstünlük veririk.

    Tottenhem – Bude-Glimt cütlüyündə favorit açıq-aşkar bəllidir. Biz düşünürük ki, London təmsilçisi finala çıxacaq, lakin Superlaget onlara çoxlu çətinliklər yaradacaq.
    Avropa Liqasının yarımfinal oyunlarına mərc edin və MelBet az ilə qələbə qazanın!

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni