Bu gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində İspaniyanın “Barselona” klubu İtaliyanın “İnter” komandasını qəbul edəcək.
Sport-Az xəbər verir ki, Goal nəşri hər iki komandanın ehtimal edilən start heyətlərini açıqlayıb.
“Barselona” (baş məşqçi: Hansi Flik):
- Qapıçı: Voyçek Şçesnı
- Müdafiəçilər: Jül Kunde, Pau Kubarsı, İnyiqo Martines, Jerar Martin
- Yarımmüdafiəçilər: Frenki de Yong, Pedri
- Hücumçular: Lamin Yamal, Dani Olmo, Rafinyo, Ferran Torres
“İnter” (baş məşqçi: Simone İnzagi):
- Qapıçı: Yann Sommer
- Müdafiəçilər: Karlos Auqusto, Frankesko Açerbi, Alessandro Bastoni
- Yarımmüdafiəçilər: Denzel Dumfris, Hakan Çalhanoğlu, Henrix Mxitaryan, Nikolo Barella, Federiko Dimarko
- Hücumçular: Lautaro Martines, Markus Tyuram
Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Xatırladaq ki, yarımfinalın digər oyununda “Arsenal” doğma meydanda PSJ-yə 0:1 hesabı ilə uduzub.