Çempionlar Liqası: “Barselona” – “İnter” oyunu üçün ehtimal edilən start heyətlər

Bu gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində İspaniyanın “Barselona” klubu İtaliyanın “İnter” komandasını qəbul edəcək.

Sport-Az xəbər verir ki, Goal nəşri hər iki komandanın ehtimal edilən start heyətlərini açıqlayıb.

“Barselona” (baş məşqçi: Hansi Flik):

  • Qapıçı: Voyçek Şçesnı
  • Müdafiəçilər: Jül Kunde, Pau Kubarsı, İnyiqo Martines, Jerar Martin
  • Yarımmüdafiəçilər: Frenki de Yong, Pedri
  • Hücumçular: Lamin Yamal, Dani Olmo, Rafinyo, Ferran Torres

“İnter” (baş məşqçi: Simone İnzagi):

  • Qapıçı: Yann Sommer
  • Müdafiəçilər: Karlos Auqusto, Frankesko Açerbi, Alessandro Bastoni
  • Yarımmüdafiəçilər: Denzel Dumfris, Hakan Çalhanoğlu, Henrix Mxitaryan, Nikolo Barella, Federiko Dimarko
  • Hücumçular: Lautaro Martines, Markus Tyuram

Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xatırladaq ki, yarımfinalın digər oyununda “Arsenal” doğma meydanda PSJ-yə 0:1 hesabı ilə uduzub.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni