More

    Azərbaycanın çimərlik futbolu millisi Avroliqanın Superfinalına vəsiqə qazandı

    Azərbaycan milli komandası çimərlik futbolu üzrə Avropa Liqasının Superfinal mərhələsində iştirak hüququ əldə edib. Bu barədə Sport-az.com AFFA-nın mətbuat xidmətinə istinadən məlumat yayıb.

    Komandamız İspaniyanın El-Puerto-de-Santa-Mariya şəhərində keçirilən təsnifat mərhələsinin son oyununda Litva yığmasına 3:4 hesabı ilə məğlub olub. Millimizin hər üç qoluna Orxan Məmmədov imza atıb.

    Bu məğlubiyyətə baxmayaraq, Azərbaycan yığması qrup mərhələsində 5 xal toplayaraq B Liqasının A qrupunda ikinci yeri tutub və Superfinala vəsiqə qazanıb.

    Superfinal mərhələsi 7–14 sentyabr tarixlərində İtaliyada keçiriləcək. Turnirdə səkkiz komanda iştirak edəcək və onların ikisi A Liqasına yüksəlmək hüququ qazanacaq.

    Qeyd edək ki, Azərbaycan millisi ilk iki oyunda İngiltərəni 5:4, Belçikanı isə 11:2 hesabı ilə məğlub etmişdi.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni