Azərbaycan kişi voleybol yığması “Gümüş Avroliqa” turnirinə hazırlıq prosesinin son mərhələsinə daxil olub.
İlk oyun İsveçdə, sonra Bakı mərhələsi və Farerlər
Sport-az.com xəbər verir ki, Farid Cəlalovun rəhbərlik etdiyi kollektivin ilk qarşılaşması iyunun 6-da səfərdə İsveç yığmasına qarşı olacaq. Bir gün sonra isə komanda Gürcüstanla üz-üzə gələcək. Bundan sonra voleybolçularımız Bakıda iki oyun keçirəcək və turnirin son mərhələsində Farer adalarına yollanacaqlar.
Azərbaycan millisinin oyun təqvimi belədir:
🔹 Umeo mərhələsi (İsveç)
• 6 iyun – Azərbaycan – İsveç
• 7 iyun – Gürcüstan – Azərbaycan
🔹 Bakı mərhələsi
• 13 iyun – Lüksemburq – Azərbaycan
• 15 iyun – Azərbaycan – Macarıstan
🔹 Hoyvik mərhələsi (Farer adaları)
• 20 iyun – Azərbaycan – Farer adaları
• 21 iyun – Avstriya – Azərbaycan
Komandamız bu qarşılaşmalar vasitəsilə “Gümüş Avroliqa”nın “Final dördlüyü”nə vəsiqə qazanmağa çalışacaq.