More

    Novak Cokoviçdən Roland Qarrosda yeni tarix: 100-cü qələbə və yaş rekordu

    Roland Qarros kortlarında adını tarixə qızıl hərflərlə yazdıran Novak Cokoviç bu dəfə bir neçə əlamətdar nəticə ilə gündəmə gəlib. Serbiyalı tennisçi Parisdə keçirilən “Böyük Dəbilqə” turnirində ardıcıl 16-cı dəfə 1/4 finala yüksəlib. O, bu uğura britaniyalı Kemeron Norri üzərində 6:2, 6:3, 6:2 hesablı inamlı qələbə ilə nail olub.

    Bu nəticə ilə Novak Cokoviç Roland Qarros turnirində 100-cü qələbəsini qazandı. Bu göstərici ilə o, yalnız Rafael Nadaldan geri qalır (112 qələbə). Serb tennisçinin digər “Böyük Dəbilqə” turnirlərindəki göstəriciləri də diqqət çəkir:

    • Australian Open – 99 qələbə
    • Wimbledon – 97 qələbə
    • US Open – 90 qələbə

    Cokoviç daha bir tarix yazaraq 1971-ci ildən bəri Roland Qarrosun ən yaşlı 1/4 finalçısı oldu. Həmin vaxt bu uğura macar tennisçisi İştvan Gulyas nail olmuşdu. Bundan başqa, Cokoviç “Böyük Dəbilqə” turnirlərində 62-ci dəfə 1/4 finala yüksəlib və bu sahədə şəxsi rekordunu yeniləyib.

    Cokoviç yarımfinal uğrunda növbəti qarşılaşmasında ötənilki finalçı Aleksandr Zverev ilə qarşılaşacaq. Bu görüş turnirin əsas oyunlarından biri kimi gözlənilir.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni