Azərbaycan millisinin dünya çempionatı üçün heyəti açıqlanıb

Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək yeniyetmələr arasında bədii gimnastika üzrə dünya çempionatında Azərbaycan milli komandasının heyəti müəyyən olunub.

Sport-az.com xəbər verir ki, yarışda həm fərdi, həm də qrup hərəkətləri üzrə gimnastlarımız ölkəmizi təmsil edəcəklər.

🔹 Fərdi proqramda Azərbaycanı aşağıdakı gimnastlar təmsil edəcək:

  • Şəms Ağahüseynova
  • İlahə Bahadırova
  • Fidan Qurbanlı
  • Azadə Atakişiyeva

🔹 Qrup hərəkətləri komandasında isə bu idmançılar yer alıb:

  • Nəzrin Abdullayeva
  • Röya Əlikişiyeva
  • Ayan Nəsirova
  • Şəms Müvəffəqi
  • Nəzrin Salmanlı

Yeniyetmələrin dünya çempionatı 18–22 iyun tarixlərində baş tutacaq və yarışda 72 ölkədən 370 gimnast mübarizə aparacaq.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni