More

    Ronaldu Trampa imzalı futbolka hədiyyə etdi

    Beşqat “Qızıl top” mükafatı sahibi Kriştianu Ronaldu, ABŞ-ın sabiq prezidenti Donald Trampa şəxsi imzası ilə futbolka göndərib. Hədiyyə Trampa Avropa Şurasının sədri Antoniu Koşta tərəfindən təqdim olunub.

    Bu barədə ABŞ prezidentinin xüsusi köməkçisi və kommunikasiya müşaviri Marqo Martin sosial şəbəkələrdə məlumat yayıb. Onun sözlərinə görə, Tramp üzərində şəxsi mesaj və imza olan futbolkanı artıq qəbul edib.

    Futbolkada belə yazılıb:
    “Prezident Donald C. Trampa – sülh tərəfdarı olan adama.”

    Hazırda “Əl-Nəsr” klubunda çıxış edən Ronaldo yanvar 2023-cü ildə bu kluba transfer olunub. O, 41 matçda 35 qol vuraraq yüksək göstəricilərlə yadda qalıb. Tərəflər hazırda müqavilənin uzadılması məsələsini müzakirə edirlər.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni