Azərbaycan təmsilçisi Azadə Atakişiyeva, Bolqarıstanın paytaxtı Sofiyada keçirilən yeniyetmələr arasında bədii gimnastika üzrə dünya çempionatında uğurlu çıxış edərək final mərhələsinə vəsiqə qazanıb.
Sport-az.com xəbər verir ki, gimnastımız halqa ilə hərəkətlər üzrə təsnifat mərhələsində səkkizinci nəticə göstərərək finalda iştirak hüququ əldə edib. Final yarışları iyunun 22-də keçiriləcək.
Hazırda Sofiyada fərdi proqram üzrə təsnifat mərhələsi davam edir. Bu mərhələdə Azərbaycanı digər gimnastlar da təmsil edəcək: Fidan Qurbanlı gürzlərlə, Şəms Ağahüseynova isə lentlə hərəkətlərdə bacarığını nümayiş etdirəcək.



