“Barselona”nın və İspaniya millisinin hücumçusu Lamina Yamal şəxsi həyatı ilə yenidən medianın gündəminə düşüb. Gənc futbolçu İtaliyada tətil zamanı 30 yaşlı influencer və model Fati Vaskes ilə birlikdə görüntülənib.

Cütlük su motosikletində əylənərkən paparassilərin obyektivinə tuş gəlib. Həmin şəkillər sosial şəbəkələrdə sürətlə yayılıb və onların arasında romantik münasibət olduğuna dair yeni şayiələrə səbəb olub.
Fati Vaskes Instagram-da 400 minə yaxın izləyicisi olan tanınmış sosial media simasıdır. Bundan əlavə, onun OnlyFans platformasında da aktiv hesabı mövcuddur.

Hələlik nə Lamina Yamal, nə də Fati Vaskes münasibətlərinə dair ictimaiyyətə açıqlama verməyiblər. Onların birlikdə görüntülənməsi isə idman və şou-biznes mediasında geniş müzakirələrə səbəb olub.