“Qarabağ”ın rəqibi “Ayaks” Niderland çempionatında qələbə qazandı

“Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsindəki rəqibi “Ayaks” Niderland çempionatının 7-ci turunda “Valveyk”lə səfərdə qarşılaşıb.

Sport-az.com xəbər verir ki, matç “Ayaks”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

“Valveyk” – “Ayaks” – 0:2
Qollar: Traore, 76, Qodts, 90+4

Bu nəticə ilə “Ayaks” 10 xalla (5 oyun) turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Çempionata isə 21 xalla (7 oyun) PSV başçılıq edir.

Qeyd edək ki, “Qarabağ”ın “Ayaks”la qarşılaşması oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni