More

    Əfsanəvi restler Hulk Hogan vəfat edib

    Amerikalı aktyor və professional restler Hulk Hogan 71 yaşında vəfat edib. Bu barədə TMZ məlumat yayıb.

    Portalın məlumatına görə, təcili yardım onun evinə çağırıldıqdan sonra ürək dayanması diaqnozu qoyulub. Həkimlərin müdaxiləsinə baxmayaraq, Hoganın həyatını xilas etmək mümkün olmayıb.

    Hulk Hogan peşəkar restlinqin ən tanınmış simalarından biri hesab olunurdu. 1996-cı ildə o, obrazını dəyişərək qəhrəmandan antiqəhrəmana çevrildi və New World Order (NWO) adlı qruplaşmanı yaratdı. Yeni obraz — “Hollivud Hogan” — onun populyarlığını daha da artırdı.

    2005-ci ildə WWE onu Şöhrət Zalına daxil etdi. Lakin 2015-ci ildə irqi ifadələrə görə yayımlanan videodan sonra WWE onun adını siyahıdan çıxardı. Bu video Hoganın razılığı olmadan çəkilmişdi və Gawker saytı tərəfindən yayımlanmışdı. Hogan məhkəməyə müraciət edərək saytı məğlub etdi.

    2020-ci ildə o, ikinci dəfə, bu dəfə NWO-nun üzvü kimi yenidən WWE Şöhrət Zalına daxil edildi.

    Hogan həm də uğurlu bir aktyor idi. “Mister Dad” (Mister Nanny) filmində baş rolu ifa edib və “Rokki 3” filmində də rol alıb.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni