More

    Azərbaycan gimnastika yığmasının dünya çempionatındakı heyəti müəyyənləşib

    Braziliyanın Rio-de-Janeyro şəhərində təşkil olunacaq bədii gimnastika üzrə dünya çempionatında Azərbaycan milli komandasının heyəti açıqlanıb.

    Sport-az.com-un verdiyi xəbərə görə, mövsümün ən önəmli turnirində ölkəmizi fərdi proqramda bir idmançı və qrup hərəkətləri komandası təmsil edəcək.

    Fərdi yarışlarda Kamilla Seyidzadə mübarizə aparacaq. Qrup hərəkətləri komandasının tərkibində isə Ləman Əlimuradova, Darya Sorokina, Yelizaveta Luzan, Güllü Ağalarzadə, Kamilə Əliyeva və Sofiya Məmmədova yer alacaqlar.

    Qeyd edək ki, dünya çempionatı avqustun 20-24-də keçiriləcək və turnirdə iştirak üçün 76 ölkə qeydiyyatdan keçib. Ümumilikdə Rio-de-Janeyroda 36 qrup daxil olmaqla 320 gimnast çıxış edəcək.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni