Bəzən uğursuzluqlarda da yumor tapmaq olar. İngiltərənin Oksford şəhərindən olan “Mançester Yunayted” azarkeşi Frenk Aylett məhz bunu etdi. O, ötən ilin oktyabrında maraqlı bir çağırış elan edib: “saçımı yalnız komanda ardıcıl 5 qələbə qazandıqdan sonra kəsəcəyəm”. Əvvəlcə məqsədi üç qələbə idi, amma bu, ona çox asan görünüb.
Artıq təxminən bir ildir davam edən bu eksperiment Aylettə gözləmədiyi məşhurluq gətirib. O, prosesi Instagram səhifəsində sənədləşdirir və bu müddətdə 330 minə yaxın izləyici toplayıb.

“Bu, tamamilə dəlisov bir macəra oldu. Heç vaxt gözləməzdim ki, saçlarım və izləyici sayım bu qədər böyüyəcək,” – deyə o, zarafatla bildirib.