Azərbaycan millisinin üzvü Abbasqulu Şadlinski Portuqaliyada keçirilən beynəlxalq boks turnirində qızıl medala sahib çıxıb.
Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, 75 kq çəki dərəcəsində çıxış edən idmançı Braqa şəhərində təşkil olunan yarışda uğurla çıxış edib.
Yarımfinal mərhələsində Şadlinski ev sahibi Portuqaliyanın nümayəndəsi Françisko Silvanı məğlub edərək finala yüksəlib. Həlledici qarşılaşmada isə o, Bəhreyn təmsilçisi Hassan Camşiri üstələyərək turnirin qalibi olub.



