ABL-də pley-in həyəcanı başlayır: ilk oyunlar bu gün keçiriləcək

Azərbaycan Basketbol Liqasında mövsümün ən maraqlı mərhələlərindən biri – pley-in qarşılaşmaları bu gün start götürür. Komandalar pley-off mərhələsinə vəsiqə uğrunda mübarizəyə başlayır və ilk gündən gərgin oyunlar gözlənilir.

Bu mərhələnin açılış günündə iki qarşılaşma baş tutacaq. İlk olaraq “Quba” komandası doğma meydanda “Şəki”ni qəbul edəcək. Günün ikinci oyununda isə “Naxçıvan” kollektivi “Sərhədçi” ilə üz-üzə gələcək. Hər iki matçın nəticəsi növbəti mərhələyə yüksəlmək baxımından xüsusi əhəmiyyət daşıyır.

ABL, Pley-in mərhələsi, 3 aprel:

15:00. “Quba” – “Şəki”

Quba. Olimpiya İdman Kompleksi

19:00. “Naxçıvan” – “Sərhədçi”

Bakı. İdman Sarayı

Komandalar arasında cavab görüşləri isə yaxın günlərdə keçiriləcək. Belə ki, ikinci oyunların 6-7 aprel tarixlərinə planlaşdırıldığı bildirilir.

Pley-in mərhələsi sabah da davam edəcək və daha iki maraqlı görüş baş tutacaq:

4 aprel:

14:00. “Gəncə” – “Lənkəran”

Gəncə. Olimpiya İdman Kompleksi

16:00. NTD – “Sumqayıt”

Bakı. İdman Sarayı

Bu mərhələdə komandalar iki oyun əsasında mübarizə aparacaq və ən yaxşı nəticə göstərən kollektivlər pley-off mərhələsinə yüksələcək. Basketbolsevərlər üçün qarşıdakı günlər gərgin və maraqlı keçəcək.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni