AÇ: Azərbaycanlı boksçu Serbiyada uğurlu start götürdü

Azərbaycanın qadın boksçuları Serbiyanın Niş şəhərində keçirilən dünya çempionatında mübarizəyə uğurla başlayıb.

Sport-Az-ın məlumatına görə, yarışın 1/16 final mərhələsində Azərbaycan təmsilçisi Aynur Mikayılova (57 kq) artıq ilk raundda Əfqanıstanlı Xurşid Məhəmmədiyə qarşı inamlı qələbə qazanıb. Bu üstün performansla o, adını növbəti mərhələyə yazdırıb.

İdmançımız 12 mart tarixində 1/8 final mərhələsində Türkiyə təmsilçisi Esra Yıldız Kahramanla üz-üzə gələcək.

Qeyd edək ki, dünya çempionatının üçüncü günü Azərbaycanın daha iki qadın boksçusu rinqə çıxacaq.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni