Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) dörd futbolçunu ömürlük diskvalifikasiya edib. Səbəb onların düzəldilmiş oyunlarda iştirakıdır.
Sport-Az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytında məlumat yayılıb.
Ən tanınmış ad isə Azərbaycan milli komandasının sabiq müdafiəçisi Adil Nağıyevdir. 31 yaşlı futbolçu son olaraq “Şamaxı” klubunda çıxış edib. O, ömürlük olaraq futbolla bağlı hər hansı bir fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilib.
Bundan başqa, Azərbaycan I Liqasında çıxış edən “Mingəçevir” klubunun üç futbolçusu – Xəyal Xudavərdiyev, Mövlan Kərimov və Muxtar Nəzərli də ömürlük diskvalifikasiya olunub.
AFFA-nın qərarına əsasən, bu futbolçular bundan sonra futbolla bağlı heç bir fəaliyyət göstərə bilməyəcəklər.



