More

    Azərbaycan Kubokunda 1/8 final mərhələsi davam edir: bu gün üç maraqlı matç

    Bizon Azərbaycan Kubokunun 1/8 final mərhələsi bu gün daha üç qarşılaşma ilə davam edəcək. İki oyun bölgə stadionlarında, biri isə paytaxtda baş tutacaq. “Şamaxı” evində I Liqa komandası “Baku Sportinq”i qəbul edəcək, Qubada “İmişli” Premyer Liqa vakibi “Sabah”la üz-üzə gələcək. Axşam “Azersun Arena”da “Qarabağ” Premyer Liqada məğlub etdiyi “Karvan-Yevlax”la yenidən qarşılaşacaq.

    Oyunların təyinatları və saatları belədir:

    • 14:00 “Şamaxı” – “Baku Sportinq” (Şamaxı şəhər stadionu). Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Elvin Bayramov. Hakim-inspektor: Əmrah İbrahimov. AFFA nümayəndəsi: Eldəniz Musayev.
    • 14:00 “İmişli” – “Sabah” (Quba Olimpiya Kompleksinin stadionu). Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Şirmamed Mamedov, Əkbər Əhmədov. VAR: Fərid Hacıyev, AVAR: Vüqar Həsənli. Hakim-inspektor: Zöhrab Qədiyev. AFFA nümayəndəsi: Rüfət Əmirov.
    • 19:00 “Qarabağ” – “Karvan-Yevlax” (“Azersun Arena”). Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı. VAR: Rəşad Əhmədov, AVAR: Emin Əliyev. Hakim-inspektor: Şahin Cəfərov. AFFA nümayəndəsi: Bəhram Qurbanov.

    Öncəki gün “Turan Tovuz” “Şahdağ Qusar”ı (2:1), “Zirə” “Neftçi”ni (1:0) məğlub edərək 1/4 finala çıxıb. Mərhələnin qalan matçları 4 dekabrda keçiriləcək. Qaliblər tək oyun prinsipinə uyğun növbəti raunda vəsiqə qazanacaq.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni