“Mingəçevir”in futbolçuları maaş borclarına görə oyunu boykot etdilər

Azərbaycan I Liqasının VII turunda “Mingəçevir” və “Şahdağ Qusar” arasında keçirilməli olan qarşılaşma baş tutmayıb. Buna səbəb meydan sahiblərinin futbolçularının oyuna çıxmaqdan imtina etməsi olub.

Noyabrın 4-də saat 15:00-da başlamalı olan görüşdə qonaq komanda meydana çıxsa da, “Mingəçevir”in oyunçuları matçı boykot ediblər.

“Mingəçevir”i texniki məğlubiyyət gözləyir

Məlumata görə, klubun futbolçuları uzun müddətdir əməkhaqlarını ala bilmirlər. Oyunçular maaş borclarına etiraz olaraq “Şahdağ Qusar”la qarşılaşmada iştirak etməyiblər.

Altı turdan sonra “Mingəçevir” dörd xalla turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşıb. “Şahdağ Qusar” isə 15 xalla ikinci yerdədir.

Baş tutmayan qarşılaşmaya görə “Mingəçevir”ə texniki məğlubiyyət verilməsi gözlənilir. Bununla bağlı yekun qərar hələ açıqlanmayıb.

“Mingəçevir”in futbolçuları maaş borclarına görə oyunu boykot etdilər

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni