“Atletiko Madrid”in hücumçusu Aleksandr Sörlot klublararası dünya çempionatının qrup mərhələsinin 3-cü turunda Braziliya təmsilçisi “Botafoqo”ya qarşı keçiriləcək matçdan əvvəl fikirlərini bölüşüb.
Sport-az.com-un xəbərinə görə, norveçli futbolçunun fikirlərini “AS” nəşri yayımlayıb.
“Rəqib yaxşı komandadır. Onların PSJ ilə oyunlarını izləmişik. “Botafoqo” müdafiədə əla təsir bağışlayır. Bundan başqa, rəqibin əks-hücumları da olduqca təhlükəlidir. Bizi mürəkkəb rəqiblə çətin matç gözləyir”, – deyə Sörlot bildirib.
Qeyd edək ki, “Botafoqo” daha əvvəl PSJ-ni 2:1 hesabı ilə məğlub edib. “Atletiko” – “Botafoqo” qarşılaşması bu gün Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.



