Antidopinq qaydalarını pozan rusiyalı güləşçiyə 4 illik cəza verildi

Yunan-Roma güləşi üzrə rusiyalı idmançı Aslan Abdullin antidopinq qaydalarını pozduğuna görə dörd illik diskvalifikasiya ilə üzləşib.

Sport-az.com TASS-a istinadən xəbər verir ki, cəza 2015-ci ildə baş vermiş dopinq pozuntusuna əsasən tətbiq olunub.

36 yaşlı idmançının diskvalifikasiya müddəti 2029-cu il fevralın 27-də başa çatacaq.

Qeyd edək ki, Aslan Abdullin 2012-ci ildə keçirilən Avropa çempionatında bürünc medal əldə edib.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni