Türkiyədə təlim-məşq toplanışında olan “Araz-Naxçıvan” futbol klubu hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib. Sport-az.com xəbər verir ki, Azərbaycan təmsilçisi yerli komanda olan “Bayburtspor” ilə qarşılaşıb və matçdan 14 cavabsız qolla qalib ayrılıb.
Oyunda fərqlənən futbolçular:
- Ramon Maçado – poker (4 qol)
- Patrik Andrade – dubl
- Ülvi İsgəndərov – dubl
- Çarles Boli – dubl
- Ba-Muaka Simakala, Elçin Mustafayev, Felipe Santos, Bar Kohen – hər biri 1 qol
Baş məşqçi Elmar Baxşıyev bu görüşdə iki fərqli heyətə şans verərək futbolçuların hazırlıq səviyyəsini yoxlayıb.
Növbəti oyunlar:
- İyulun 11-də – “Alanyaspor”
- İyulun 17-də – “Trabzonspor”



