More

    “Araz-Naxçıvan” Türkiyədə ilk yoxlama oyununda 14:0 hesablı möhtəşəm qələbə qazandı

    Türkiyədə təlim-məşq toplanışında olan “Araz-Naxçıvan” futbol klubu hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib. Sport-az.com xəbər verir ki, Azərbaycan təmsilçisi yerli komanda olan “Bayburtspor” ilə qarşılaşıb və matçdan 14 cavabsız qolla qalib ayrılıb.

    Oyunda fərqlənən futbolçular:

    • Ramon Maçado – poker (4 qol)
    • Patrik Andrade – dubl
    • Ülvi İsgəndərov – dubl
    • Çarles Boli – dubl
    • Ba-Muaka Simakala, Elçin Mustafayev, Felipe Santos, Bar Kohen – hər biri 1 qol

    Baş məşqçi Elmar Baxşıyev bu görüşdə iki fərqli heyətə şans verərək futbolçuların hazırlıq səviyyəsini yoxlayıb.

    Növbəti oyunlar:

    • İyulun 11-də“Alanyaspor”
    • İyulun 17-də“Trabzonspor”

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni