Asif Məmmədov Premyer Liqada son 18 mövsümün ən yaşlı futbolçusu oldu

“Qəbələ”nin kapitanı Asif Məmmədov Azərbaycan Premyer Liqasında yaş göstəricisinə görə son 18 mövsümün rekordunu müəyyənləşdirib. Sport-az.com xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb.

Təcrübəli yarımmüdafiəçi ölkə çempionatının VIII turunda “Sabah”a qarşı keçirilən ev oyununda meydana çıxmaqla diqqətçəkən göstəriciyə imza atıb.

40 yaşında rekorda imza atdı

Qarşılaşmanın son dəqiqələrində oyuna qoşulan Asif Məmmədov cari mövsümdə ilk dəfə meydana çıxıb. Həmin vaxt futbolçunun 40 yaş 73 günü tamam olub.

Bununla da “Qəbələ”nin kapitanı Azərbaycan Premyer Liqasında son 18 mövsüm ərzində meydana çıxan ən yaşlı futbolçu kimi rekord müəyyənləşdirib.

Qeyd edək ki, “Qəbələ”nin doğma meydanda “Sabah”ı qəbul etdiyi görüş qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni