Azərbaycan 2026-cı ilin sentyabr ayında karate idman növü üzrə Avropa çempionatının keçirilməsinə hazırlıq görür. Bu barədə məlumatı Azərbaycan Deflimpiya Komitəsinin baş katibi Namiq Novruzov mətbuat konfransında açıqlayıb.
N. Novruzov bildirib ki, Avropa Karate İdman Təşkilatının 2025-ci ilin avqustunda keçirilmiş konqresində rəsmi şəkildə Azərbaycanda turnirin təşkili qərara bağlanıb. Bu, ölkəmizin idman arenalarında önəmli bir hadisə kimi qiymətləndirilir və Azərbaycanda karate idmanının inkişafına yeni impuls verəcək.
Turnirin uğurla keçirilməsi üçün Azərbaycan tərəfi hazırlıq işlərini davam etdirir və yarışa ev sahibliyi etməkdən qürur duyur.



