Azərbaycan 2026-cı ildə sumo üzrə dünya çempionatına ev sahibliyi edəcək.
Sport-Az xəbər verir ki, bu qərar Polşanın Krotosin şəhərində keçirilmiş Beynəlxalq Sumo Federasiyasının iclasında qəbul edilib.
Yaponiyanın Döyüş Sənətləri Assosiasiyasının təklifi ilə irəli sürülən namizədliyə baxıldıqdan sonra Azərbaycan digər ölkələri geridə qoyaraq dünya çempionatını keçirmək hüququnu qazanıb.



