Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) noyabrın 9-u federasiyanın inzibati binasında xüsusi tədbir təşkil edəcək. Bu tədbir ötən il Bakı şəhərində keçirilən “Təmiz suda avar çək” aksiyası çərçivəsində Çin su idmanı təşkilatı “Deep Dive” ilə imzalanmış əməkdaşlıq memorandumu birilliyinin qeyd olunmasına həsr olunub.
“Deep Dive” Çin üzrə 13 şəhərdə 22 su idmanı mərkəzini idarə edir. Əməkdaşlığın əsas məqsədi hər iki ölkədə avarçəkmə idmanının təbliği, sağlam həyat tərzinin təşviqi və təmiz su hövzələrinin mühafizəsidir.
Qlobal Kanal Avarçəkmə Federasiyasının nümayəndələri COP30 tədbiri ilə bağlı Bakıdan Braziliyaya yola düşəcək və burada aksiyanın davamı keçiriləcək.
Tədbir zamanı 2025-ci ildə azərbaycanlı avarçəkənlərin yerli və beynəlxalq yarışlarda qazandıqları uğurlar təqdim ediləcək. Mətbuat konfransından sonra isə Bakı və Mingəçevir komandaları Xəzər dənizində nümunəvi performans nümayiş etdirəcəklər.



