Azərbaycan boks millisindən Avropa çempionatında 13 medal

Serbiyanın Novi Pazar şəhərində yeniyetmə boksçular arasında keçirilən Avropa birinciliyi başa çatıb. Yarışın son günündə Azərbaycan millisinin daha bir idmançısı medal qazanıb.

Sport-az.com xəbər verir ki, +80 kq çəki dərəcəsində mübarizə aparan Səfdər Məmmədzadə finalda rusiyalı Boqdan Smolkinlə qarşılaşıb. Gərgin keçən döyüş 3:2 (26:30, 28*:28, 28*:28, 26:30, 29:27) hesabı ilə rəqibin xeyrinə başa çatıb. Məmmədzadə yarışın gümüş medalçısı olub.

Beləliklə, Azərbaycan yığması Avropa birinciliyini ümumilikdə 13 medalla başa vurub:

  • 🥇 1 qızıl
  • 🥈 4 gümüş
  • 🥉 8 bürünc

Bu nəticə ilə millimiz komanda hesabında 3-cü yeri tutub.

Azərbaycan boksçularının medal siyahısı:

Qızıl medal:

  • Əminə Tağı (50 kq)

Gümüş medal:

  • Cəmilə Muradlı (52 kq)
  • Fidan Bakarova (63 kq)
  • Səma Abbasova (66 kq)
  • Səfdər Məmmədzadə (+80 kq)

Bürünc medal:

  • Qardaş Rəhimov (46 kq)
  • Məhəmməd Rəsulov (50 kq)
  • Raul Heydərli (54 kq)
  • Şahin Aslanov (60 kq)
  • Haqverdi Həsənov (63 kq)
  • Aylin Nəzərova (46 kq)
  • Gülər Hüseynova (48 kq)
  • Zəhra Məmmədova (54 kq)

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni