Azərbaycan boksçularının dünya çempionatındakı ilk rəqibləri məlum olub

“World Boxing” təşkilatının təşəbbüsü ilə qadın və kişi boksçular arasında Liverpulda təşkil olunan ilk dünya çempionatının püşkatma mərasimi keçirilib.
Bu tədbirdə Azərbaycan idmançılarının da ilkin rəqibləri müəyyənləşib. Yarış M&S Bank Arenada baş tutacaq və kişilər və qadınlar üçün birgə keçirilən ilk belə çempionat kimi tarixə düşəcək, Eurovision Sport vasitəsilə canlı yayımlanacaq.
Bu gün başlayan mundialın açılış günündə 2 Azərbaycan boksçusu rinqə çıxacaq. Onlar hər ikisi 1/16 finala çıxmaq uğrunda mübarizə aparacaqlar.

Dünya çempionatı

4 sentyabr
1/32 final
Zaur Qəhrəmanov (65 kq) – Denis Bril (Almaniya)
Sərxan Əliyev (70 kq) – Karlos Flouers (ABŞ)

5 sentyabr
1/16 final
Səidcəmşid Cəfərov (75 kq) – Qavin Rafferti (İrlandiya)
Surət Qarayev (85 kq) – Laçlan Lauson (Avstraliya)
Aynur Mikayılova (57 kq) – Qabriella Veerheym (Niderland)
Sübhan Məmmədov (50 kq) – Fredelin De Los Santos (Dominikan Respublikası)
Məhəmməd Abdullayev (+90 kq) – Sezar Peraza La Kruz (Kuba)

6 sentyabr
1/16 final
Məhəmmədəli Qasımzadə (60 kq) – Radoslav Rosenov (Bolqarıstan)/Dövlet Muhanov (Türkmənistan) cütünün qalibi

7 sentyabr
1/16 final
Nicat Hüseynov (55 kq) – Rolando Martines Peres (Kuba)
Murad Allahverdiyev (80 kq) – Amar Koçi (Albaniya)/Meysam Qeşlaqi (İran) cütünün qalibi

8 sentyabr
1/8 final
Alfonso Dominqes (90 kq) – Yasse Kiss (Almaniya)/Yonas Yazeviçyus (Litva) cütünün qalibi
Qeyd edək ki, dünya çempionatında 68 ölkədən 329 kişi və 225 qadın boksçu iştirak edəcək. Müsabiqə sentyabrın 14-də başa çatacaq.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni