Azərbaycanın cüdo millisi 1-2 fevral tarixlərində Parisdə keçiriləcək “Böyük Dəbilqə” turnirində iştirak edəcək heyəti müəyyənləşdirib.
Sport-az.com xəbər verir ki, tatami üzərinə aşağıdakı idmançılar çıxacaq:
- 60 kq: Hüseyn Allahyarov, Əhməd Yusifov
- 66 kq: Ruslan Paşayev, Rəşad Əlkiyev
- 73 kq: Rəşid Məmmədəliyev, Vüsal Qələndərzadə
- 81 kq: Ömər Rəcəbli
- 90 kq: Murad Fətiyev
- 100 kq: Əjdar Bağırov
- +100 kq: Uşangi Kokauri, Kənan Nəsibov
Hazırda Paris “Böyük Dəbilqə” turnirində iştirak üçün 44 ölkədən 268 idmançı qeydiyyatdan keçib.