More

    Azərbaycan cüdo tarixində ilk: Hakimimiz dünya çempionatına dəvət aldı

    Azərbaycan cüdo tarixində bir ilkə imza atılıb – yerli hakim ilk dəfə böyüklər arasında keçiriləcək dünya çempionatına rəsmi olaraq dəvət alıb. Sport-az.com xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Cüdo Federasiyasının (ACF) Mətbuat Xidməti yayıb.

    Məlumata əsasən, Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək dünya çempionatında ACF-nin hakimlər heyətinə daxil olan, A kateqoriyalı beynəlxalq dərəcəli referi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.

    Bu hadisə Azərbaycan cüdo tarixində ilk dəfə baş verir və ölkəmizin idman hakimliyində beynəlxalq nüfuzunun artmasının göstəricisidir. Qeyd edək ki, dünya çempionatı 13–20 iyun tarixlərində baş tutacaq.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni