More

    Azərbaycan Cüdo üzrə Dünyada 12-ci Yeri Tutdu

    7-8 dekabr tarixlərində Tokioda (Yaponiya) keçirilən və 2024-cü ilin cüdo üzrə bütün yaş kateqoriyaları üçün yarış təqviminin yekun turniri olan “Böyük Dəbilqə” turniri başa çatdı.

    Sport-az.com saytının məlumatına görə, Azərbaycan milli komandası bu yekun turnirdə iştirak etməsə də, “Böyük Dəbilqə” seriyasını 23 medal (4 qızıl, 9 gümüş, 10 bürünc) ilə başa vuraraq ümumi sıralamada 6-cı yeri tutdu. Birinci yerə Yaponiya (26 qızıl, 15 gümüş, 34 bürünc) çıxıb.

    İllik ümumi reytinqdə isə Azərbaycan bütün yaş kateqoriyaları üzrə dünyada 12-ci yerə (59 qızıl, 42 gümüş, 88 bürünc) layiq görülüb. Bu reytinqin lideri isə Fransa (156 qızıl, 135 gümüş, 238 bürünc) olub.

    Xatırladaq ki, Azərbaycanın qazanılan 4 qızıl medalından ikisi Olimpiya Oyunlarında, digər ikisi isə dünya çempionatında əldə edilib.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni