Noyabrın 28-dən 30-dək Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə təşkil olunacaq “Böyük Dəbilqə” turnirində Azərbaycan cüdoçularının iştirak edəcəyi açıqlanıb. Azərbaycan Cüdo Federasiyasının bildirdiyinə görə, kişilərdən ibarət komandamız böyük məşqçilər Elçin İsmayılov və Slavko Tekiçin rəhbərliyi altında 5 çəki dərəcəsində 10 idmançı ilə çıxış edəcək.
Üç gün davam edəcək yarışda 53 ölkədən ümumilikdə 390 cüdoçu (233 kişi və 157 qadın) mübarizə aparacaq.
Yarışda ölkəmizi təmsil edəcək idmançılar:
- 60 kq: Əhməd Yusifov, Balabəy Ağayev
- 66 kq: Ruslan Paşayev, Rəşad Yelkiyev
- 73 kq: Rəşid Məmmədəliyev, Hidayət Heydərov
- 90 kq: Murad Fətiyev, Aslan Kotsoyev
- +100 kq: Camal Qamzatxanov, Uşanqi Kokauri
Bundan əlavə, Azərbaycan Cüdo Federasiyasının “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev yarışda ədalət təmsilçisi kimi fəaliyyət göstərəcək.



