Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Xaçmaz Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan təşkil olunub.
İmtahanda Şimal bölgəsindən 202 idmançı yaş uyğunluğuna əsasən, müxtəlif kəmər dərəcələri üzrə sınaqdan keçib. Bu, ACF-nin regional tədbirlər çərçivəsində keçirdiyi növbəti imtahandır və 7 yaşdan yuxarı cüdoçular üçün açıqdır.
İmtahanda iştirakçılar aşağıdakı kəmər dərəcələri üzrə qiymətləndirilib:
- Ağ-sarı
- Sarı
- Narıncı
- Yaşıl
- Göy
- Qəhvəyi
Uğurla sınaqdan keçənlərə müvafiq kəmər və sertifikat verilib. ACF-nin YouTube kanalı vasitəsilə canlı yayımlanan imtahan idmançıların texniki səviyyəsini yüksəltməyə və motivasiyasını artırmağa yönəlib.
Kəmər imtahanları idmançıların cüdo texnikalarını tam öyrənməsi, peşəkarlıq səviyyəsinin rəsmi tanınması və nüfuzlu daxili yarışlara qatılmaq üçün vacibdir. Bu tədbirlər ACF-nin idmançı hazırlığı proqramının bir hissəsidir və ölkədə cüdonun inkişafına töhfə verir.