Güləş üzrə U-23 Avropa çempionatı 7-13 aprel tarixlərində Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək. Beynəlxalq Güləş Federasiyası (UWW) artıq yarışda iştirak edəcək komandaların siyahısını açıqlayıb. Azərbaycan millisinin heyətinə 27 idmançı daxil edilib.
Azərbaycan millisinin heyəti
Sərbəst güləş üzrə yarışacaq idmançılar:
- İslam Bazarqanov (57 kq)
- Nurəddin Novruzov (61 kq)
- Əli Rəhimzadə (65 kq)
- Kənan Heybətov (70 kq)
- Ağanəzər Novruzov (74 kq)
- Orxan Abbasov (79 kq)
- Arseni Cioyev (86 kq)
- Osman Nurməhəmmədov (92 kq)
- Əbu Bəkr Abakarov (97 kq)
- Giorgi Meşvildiçvili (125 kq)
Yunan-Roma güləşi üzrə millinin heyəti:
- Eldəniz Əzizli (55 kq)
- Nihat Məmmədli (60 kq)
- Murad Məmmədov (63 kq)
- Xasrat Cəfərov (67 kq)
- Ülvi Qənizadə (72 kq)
- Sənan Süleymanov (77 kq)
- Qurban Qurbanov (82 kq)
- İslam Abbasov (87 kq)
- Murad Əhmədov (97 kq)
- Beka Kandelaqi (130 kq)
Qadın güləşi üzrə millinin heyəti:
- Elnurə Məmmədova (53 kq)
- Gültəkin Şirinova (55 kq)
- Zalə Əliyeva (57 kq)
- Alena Kolesnik (59 kq)
- Birgül Soltanova (62 kq)
- Ruzanna Məmmədova (65 kq)
- Elis Manolova (68 kq)
Azərbaycan komandası son illərdə U-23 Avropa çempionatlarında uğurlu çıxış edib və bu il də güclü heyətlə turnirə qatılacaq. Güləşçilərimiz çempionatda müxtəlif çəki dərəcələrində medal uğrunda mübarizə aparacaqlar.