Azərbaycan hapkido millisi Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən açıq dünya birinciliyi və çempionatını uğurla başa vurub. Komandamız müxtəlif növlər üzrə ümumilikdə 14 medal qazanaraq beynəlxalq arenada növbəti uğurlu nəticəyə imza atıb.
Turnirdə Azərbaycan idmançıları həm döyüş, həm də texniki proqramlarda yüksək nəticələr göstərərək medal sıralamasında ön sıralarda yer alıblar.
Azərbaycan idmançılarının nəticələri
Kyoruqi (döyüş):
- Qızıl medal: Yusif Məmmədli (33 kq), Nilufər Əliyeva (62 kq), Rəvan Məmmədov (+87 kq);
- Gümüş medal: Xədicə Vəlizadə (52 kq), Fərid Əlizadə (+65 kq);
- Bürünc medal: Zəhra Manafova (49 kq), Ərgün İba (51 kq), Əbdülvahab Əliyev (65 kq).
Digər proqramlar:
- Xosinsul (fərdi çıxış): Nilufər Əliyeva – bürünc medal;
- Kompleks (inteqrasiya olunmuş) fənlər: Zəhra Manafova və Xədicə Vəlizadə – gümüş medal;
- Silahla fristayl (nunçaku): Fərid Əlizadə – qızıl medal;
- Maneələr üzərindən uzunluğa tullanma: Əbdülvahab Əliyev – qızıl medal.
Qırğızıstanda təşkil olunan nüfuzlu yarış müxtəlif ölkələrdən olan idmançıları bir araya gətirib. Azərbaycan yığması həm fərdi, həm də komanda nəticələri ilə uğurlu çıxış edərək hapkido üzrə beynəlxalq yarışlardakı iddiasını bir daha nümayiş etdirib.





