Azərbaycan üzgüçüsü Yeqor Maynitskiy Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən beynəlxalq üzgüçülük yarışında böyük uğura imza ataraq ümumilikdə 7 medal qazandı.
Sport-Az-ın məlumatına görə, 14 yaşlı idmançı turnirin ən yaxşısı seçilib.
Qazandığı nailiyyətlər:
- 50, 100 və 200 metr brass üsulu: Qızıl medal.
- 200 metr qarışıq üsul: Qızıl medal.
- 400 metr qarışıq üsul: Gümüş medal.
- 50 metr sərbəst üsul: Gümüş medal.
- 50 metr kəpənək üsulu: Bürünc medal.
Maynitski yarışda sərgilədiyi performansla öz yaşıdları arasında fərqlənərək Azərbaycanın idman şərəfini yüksəklərə qaldırdı.
Qeyd edək ki, beynəlxalq turnir dekabrın 14-16-da baş tutub.