Azərbaycan idmançısı Əbu-Dabidə 7 medal qazandı

Azərbaycan üzgüçüsü Yeqor Maynitskiy Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən beynəlxalq üzgüçülük yarışında böyük uğura imza ataraq ümumilikdə 7 medal qazandı.

Sport-Az-ın məlumatına görə, 14 yaşlı idmançı turnirin ən yaxşısı seçilib.

Qazandığı nailiyyətlər:

  • 50, 100 və 200 metr brass üsulu: Qızıl medal.
  • 200 metr qarışıq üsul: Qızıl medal.
  • 400 metr qarışıq üsul: Gümüş medal.
  • 50 metr sərbəst üsul: Gümüş medal.
  • 50 metr kəpənək üsulu: Bürünc medal.

Maynitski yarışda sərgilədiyi performansla öz yaşıdları arasında fərqlənərək Azərbaycanın idman şərəfini yüksəklərə qaldırdı.

Qeyd edək ki, beynəlxalq turnir dekabrın 14-16-da baş tutub.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni