Polşanın Bedzin şəhərində keçirilən 32-ci SKDUN Shotokan Karate dünya çempionatı və 17-ci Dünya Kubokunda Azərbaycan karateçiləri böyük nailiyyətlər əldə ediblər. Azərbaycan Karate Federasiyasının məlumatına görə, müxtəlif yaş və çəki kateqoriyalarında mübarizə aparan idmançılarımız 2 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıblar.
Dünya çempionatında aşağıdakı idmançılar podiuma yüksəlib:
- Cəlal Şükürov (10–11 yaş, 40 kq) – qızıl medal
- Mehdi Abdullayev (10–11 yaş, +40 kq) – qızıl medal
- Alişan Əzizov (18–20 yaş, 70 kq) – gümüş medal
- Ələddin Əzizov (55–59 yaş, Veteran Open) – gümüş medal
- Zəki Cəfərzadə (18–20 yaş, +80 kq) – bürünc medal
- Heydər Feyziyev (12–13 yaş, 58 kq) – bürünc medal
Dünya Kubokunda isə Zaman Musayev (7–9 yaş, 30 kq) və Murad Bayramov (7–9 yaş, 30 kq) bürünc hesablama ilə ölkəmizi təmsil ediblər.
Bu nəticələr Azərbaycan karate məktəbinin beynəlxalq arenada güclü mövqeyini göstərir və idmançılarımızın gələcək uğurlarına zəmin yaradır.



